ABŞ Prezidenti: Ermənistanla imzalanacaq sülh razılaşması Azərbaycanın dünya miqyasında oynadığı rolu dəyişəcək

“Regionda sabitliyin olması ABŞ-nin marağındadır. İmzalanacaq sülh razılaşması uzun illərdir davam edən münaqişəyə tamamilə son qoyacaq, eyni zamanda Azərbaycanın və Cənubi Qafqazın dünya miqyasında oynadığı rolu dəyişəcək”.

 

Azinformasiya.az  xəbər verir ki, bu, ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində oxunan məktubunda əksini tapıb.

Bayden bildirib ki, ABŞ bu istiqamətdəki səy və ambisiyaları dəstəkləyir, müxtəlif prinsiplər üzrə əldə olunan razılaşmalarla həmfikir olduğunu ifadə edir.

“Mən növbəti aylarda da əlaqələrin daha da dərinləşməsi istiqamətində atılacaq bütün addımlara dəstəyimi ifadə etmək istəyirəm.

Uğurla keçəcək Bakı Enerji Həftəsinin iştirakçılarına xoş arzularımı çatdırıram!” – ABŞ Prezidenti qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir