Ukraynada səfərdə olan ABŞ müdafiə naziri Lloyd Ostinin Prezident Vladimir Zelenski ilə görüşü baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin “X” hesabında paylaşım edilib.
“ABŞ-ın Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləmək üçün bu gün Kiyevdə prezident Zelenski ilə görüşməkdən şərəf duydum. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın döyüş meydanında təcili ehtiyaclarını və uzunmüddətli müdafiə tələblərini dəstəkləməyə davam edəcəyik”, – o vurğulayıb.
Azinformasiya.az