Koronavirusa (COVID-19) qarşı təsdiqlənmiş ilk peyvənd istehsalçısı olan ABŞ-ın “Pfizer” şirkəti koronaviruslu xəstələrin müalicəsi üçün dərman istehsalına başlayıb.
Azinformasiya.Az “CNNTürk”ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, indi dərmanın ilk laboratoriya sınaqlarında ümidverici nəticələr əldə edilib. Virusun hüceyrələrdə çoxalmasının qarşısını alacaq dərman vasitəsi eyni zamanda, İİV və Hepatit C xəstəliklərin müalicəsində də effektiv olacaq.
Şirkətin mütəxəssisləri həmçinin erkən mərhələdə koronavirus xəstələrinin müalicəsində istifadə edilə bilən başqa dərman üzərində də çalışır.