ABŞ İsraildən Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyata başlamağı təxirə salmağı xahiş edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” xəbər yayıb.
Ağ Ev girovların azad edilməsi ilə əlaqədar danışıqların davamı üçün bunu vacib sayıb.
Hazırda Qəzzada hərbi əməliyyatları davam etdirən İsrail hakimiyyəti isə bildirir ki, geniş miqyaslı əməliyyata başlandıqdan sonra ələ keçirilən ərazilərdən heç bir halda geri çəkilmə olmayacaq. Hətta potensial girov mübadiləsi çərçivəsində də İsrail Ordusu ələ keçirəcəyi ərazilərdən çıxmayacaq.
Qeyd edək ki, Qəzzadakı səhiyyə qurumu 7 oktyabr 2023-cü ildən indiyə qədər ölənlərin sayının 53 939 nəfərə çatdığını, 122 797 nəfərin yaralandığını açıqlayıb. Son sutkada 38 nəfər ölüb, 204 nəfər yaralanıb.
Azinformasiya.az