ABŞ rəsmi olaraq Qətər və digər xarici banklarda dondurulmuş İran aktivlərini azad etməyə razılıq verib.
Azinformasiya.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə yüksək səviyyəli İran rəsmisi “Röyters” agentliyinə açıqlamasında deyib.
“Tehran administrasiyası olaraq, biz bu addımı açıq bir xoşməramlılıq jesti və danışıqlar masasında ciddilik əlaməti kimi görürük”, – İran rəsmisi qeyd edib.
Qeyd edək ki, qərarın birbaşa Hörmüz boğazından təhlükəsiz keçidlə əlaqəli olduğu bildirilir.
***
Vaşinqtonda ABŞ-ın 8 il əvvəl Qətər və digər ölkələrin banklarında dondurulmuş İran aktivlərini blokdan çıxarmağa razılaşması barədə xəbərlər təkzib edilib.
Bu barədə “Tayms of İsrail” qəzeti ABŞ-dakı mənbəyə istinadən məlumat yayıb.
Azinformasiya.az