ABŞ-ın xüsusi elçisi “Hizbullah”-İsrail gərginliyi ilə bağlı Beyruta səfər edib

ABŞ-ın Beynəlxalq Enerji Məsələləri üzrə Xüsusi Elçisi və Koordinator Amos Hochstein İsrail və Livan sərhədindəki eskalasiyanın dayandırılması ilə bağlı danışıqlar üçün Beyruta səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Livan parlamentinin spikeri Nəbih Berri ilə görüşüb.

Onun Baş nazir Nəcib Mikati və ordu rəhbəri Cozef Aun da daxil olmaqla digər rəsmilərlə görüşləri gözlənilir.

“Hizbullah” liderinin müavini Naim Qassem isə bildirib ki, İsrailin Qəzzadakı əməliyytları dayandırılıqdan sonra “Hizbullah”ın İsrailə qarşı hücumlarını dayanacaq.

“Qəzzəyə hücumu dayandırın və o zaman bölgədə müharibə bitəcək”, Naim Qassem vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir