ABŞ-ın Vitse-prezidenti: İranla müharibə tezliklə bitəcək, cavab gözləyirik

İranla müharibə tezliklə bitəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

O, İranla müharibənin tezliklə bitəcəyini, lakin bunun İrandan asılı olduğunu bildirib.

Vens çıxışında Hörmüz boğazının bağlanmasına da münasibət bildirib.

“İranlılar Hörmüz boğazından hər nə qədər çox iqtisadi qazanc əldə etməyə çalışsa da, ABŞ-ın İrana daha çox iqtisadi ziyan vermək potensialı var. Onların bizə və dostlarımıza vurduqları ziyandan daha çox zərər vermək qabiliyyətimiz var. Ümid edirəm ki, onlar ağıllı adamlardır”,- Vens qeyd edib.

Vitse-prezident ABŞ-ın bu gün saat 8-ə qədər İrandan cavab alacağına arxayın olduğunu, ancaq bu cavabın müsbət və ya mənfi olacağını bilmədiyini deyib.

“Ümid edirik ki, onlar düzgün cavabı verəcəklər”, – Vens əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir