Amerika Hərbi Hava Qüvvələrinə məxsus “OF 38th RS/55th WG, Boeing RC-135V Rivet Joint” tipli təyyarə Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirib.
Azinformasiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, “PlaneRadar” saytının məlumatlarına əsasən, Krım sahillərinin yaxınlığında kəşfiyyat uçuşu edən təyyarə Krit adasında yerləşən Suda aviabazasından havaya qalxıb.
Sayt iddia edir ki, təyyarə Rusiyanın Qara dəniz sərhədi bölgəsində vəziyyəti izləyib, Ermənistan və Azərbaycan tərəfə uçub. Bunun ardınca isə təyyarənin Gürcüstanın hərbi məkanına daxil olduğu qeyd olunur.