ABŞ üsyançı Yəmənin Ənsar Allah (Husi) hərəkatının mövqelərinə zərbələr endirməyə davam edəcək, əməliyyatın vaxtı husilərə yardım göstərən İranın hərəkətlərindən asılıdır.
Azinformasiya.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro deyib.
“Yəqin ki, İrandan əməliyyatın nə qədər davam edəcəyini soruşmalıyıq. Onlar Husilərə maddi dəstək verməyə və onları silahla təmin etməyə davam edirlər” – katib deyib.
Ümid edirəm və gözləyirəm ki, bu, sonsuza qədər davam etməyəcək.” Del Toro əmin edib ki, Birləşmiş Ştatlar regionda sülhü təmin etmək üçün də diplomatik səylər göstərir.
Azinformasiya.az