ABŞ dövlət katibinin müavini Gürcüstanda səfərdədir

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Gürcüstanda səfərdədir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə diplomat “X” platformasında yazıb.

O, paylaşımında ABŞ-ın Gürcüstan hökumətinin anti-demokratik hərəkətlırindən dərin narahatlıq keçirdiyini qeyd edib.

“ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyini təhlükə altına alan anti-demokratik hərəkətlərindən ciddi narahatdır”, – Zeya vurğulayıb.

Qeyd edək ki, dövlət katibinin köməkçisi Gürcüstandan sonra Ermənistana səfər edəcək. Regional səfər 17 iyul tarixlərinə kimi planlaşdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir