ABŞ dövlət katibi: Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur

Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında bildirib.

Onun sözlərinə əsasən, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün əldə olunması üçün istənilən mexanizmi alqışlayır.

“NATO-nun daha da güclənmək imkanı var. Tramp bizi Rusiya-Ukrayna müharibəsində ədalətli sülhə aparan istənilən mexanizmə açıqdır. Yaxın bir neçə gündə irəliləyiş görmək istəyirik. Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur”, – Rubio vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir