ABŞ Dövlət Departamentinin rəsmiləri Dəməşqə gedib

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri Suriyanın yeni hakimiyyəti ilə müzakirələr aparmaq üçün Dəməşqə səfər edib.

 

Azinformasiya.az  xəbər verir ki, “The New York Times“ nəşri həmin şəxslərin dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif, prezidentin girovların məsələsi ilə məşğul olan xüsusi nümayəndəsi Rocer Karstens və Suriya problemi üzrə xüsusi nümayəndə Daniel Rubinşteyn olduğu barədə yazıb.

Onların həmçinin Suriyada itkin düşən jurnalist Ostin Taysın axtarış prosesi ilə maraqlanacağı, o cümlədən “Heyət Təhrir Əş-Şam” təmsilçiləri ilə görüşəcəyi gözlənilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir