Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeronun rəhbərlik etdiyi nümayəndə heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyi tviterdə paylaşım edib.
“Şiddətli hücum zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq”, – deyə, paylaşımda Azərbaycan xalqına başsağlığı verilib.