ABŞ diplomatlarının Sudandan təxliyəsi başa çatıb

ABŞ səlahiyyətliləri ABŞ səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin Sudandan təxliyəsini başa çatdırıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Washington Post“ qəzeti yazıb. Nəşrin məlumatına əsasən, təxliyə əməliyyatı yerli vaxtla bazar günü səhər həyata keçirilib.

Dövlət Departamentinin hesablamalarına görə, Sudanda 16 minə yaxın amerikalı var və onların əksəriyyəti ikili vətəndaşlığa malikdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir