ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistanı humanitar məsələlər üzrə fəal dialoqa çağırıb.
Azinformasiya.Az xəbər verir ki, Entoni Blinken bu barədə ATƏT-in xarici işlər nazirlərinin Stokholmda keçirilən iclasında çıxışı zamanı danışıb.
“Biz Azərbaycan və Ermənistan arasında, hər iki ölkənin hökumətləri arasında birbaşa dialoqun bərpa edilməsini alqışlayırıq”, – deyə Blinken bildirib.
Blinken, həmçinin Bakı və İrəvanı sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasına səsləyib.