ABŞ-da ictimai parkda şənlikdə atışma olub, 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Şənbə günü axşam yerli vaxtla ABŞ-ın Tennessi ştatının Memfis şəhərində şəhər parkında icazəsiz ictimai şənlik zamanı atışma olub. Nəticədə iki nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Polis rəisi Carolyn Davis hadisə yerində keçirdiyi mətbuat konfransında deyib ki, polis yerli vaxtla saat 19:19-da atışma barədə xəbərə cavab verib. Davis bildirib ki, iki nəfər hadisə yerində ölüb, yaralılardan bir nəfərin vəziyyəti ağırdır.

Atışma Orange Mound Parkda olub. Davisin dediyinə görə, 200-300 nəfərin iştirak etdiyi şənliyə rəsmi icazə olmayəb.

Hadisə ilə bağlı həbslər barədə hələlik məlumat yoxdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir