ABŞ-da “Fələstinə azadlıq!” qışqıran şəxs partlayıcı maddələrlə 8 nəfəri yaralayıb

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində keçirilən aksiya zamanı terror hücumu baş verib.

 

Azinformasiya.az  “Reuters“ə istinadən xəbər verir ki, 45 yaşlı şəxs “Fələstinə azadlıq!” deyə qışqıraraq izdihamın üzərinə alışdırıcı-partlayıcı maddələr atıb.
Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

FBI-in Denver regional ofisinin rəhbəri Mark Miçalekin sözlərinə əsasən, yaralıların yaşı 67 ilə 88 arasında dəyişir. Onlardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

“İlkin araşdırma nəticələri göstərir ki, bu, məqsədli zorakılıq aktıdır və biz bu hadisəni terror aktı kimi araşdırırıq”, – deyə Miçalek bildirib.
Hücumda şübhəli bilinən şəxsin adının Məhəmməd Soliman olduğu açıqlanıb. O, hadisədən sonra xəstəxanaya yerləşdirilib. “Reuters“ hələlik onun və ailəsinin əlaqə məlumatlarını əldə edə bilməyib.

FBI direktoru Kaş Patel hadisəni “hədəfli terror hücumu” kimi dəyərləndirib. Kolorado ştatının baş prokuroru Fil Vayser isə hadisənin nifrət cinayəti ola biləcəyini bildirib.

Boulder şəhər polis rəisi Stiven Redfearn insidentlə bağlı əlavə edib ki, hücumda başqa şəxsin iştirak etdiyinə dair sübut yoxdur: “Biz demək olar ki, şübhəlinin təkbaşına hərəkət etdiyindən əminik”, – deyə o vurğulayıb.

Hazırda faktla bağlı istintaq davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir