ABŞ-da atışma: Üç nəfər ölüb, iki polis yaralanıb

Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatının Farminqton şəhərində atışma baş verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə yerli polis “Twitter” hesabında bildirib.

Hadisə nəticəsində üç nəfər həlak olub.

Polisin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının iki əməkdaşı da atışmada yaralanıb, şübhəli şəxs hadisə yerində güllələnib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir