ABŞ Avstraliyaya idarə olunan raketlərin yaradılmasına kömək edəcək.
Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Austin bildirib.
Onun sözlərinə əsasən, iki ildən sonra yeni raketlərin istehsalına başlamaq planlaşdırılır.
“Biz Avstraliyanın müdafiə sənayesi ilə bir sıra qarşılıqlı faydalı təşəbbüslər, eləcə də 2025-ci ilə kimi Avstraliyaya idarə olunan çoxsaylı buraxılış raket sistemləri istehsal etməyə kömək etmək öhdəliyi götürürük”, – Ostin söyləyib.
Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ, eyni zamanda Avstraliyanın prioritet döyüş sursatlarına çıxışını sürətləndirir, onları əldə etmə prosesini sadələşdirir.
Qeyd edək ki, Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinken Avstraliya-Amerika Nazirlərinin illik Dialoqu (AUSMIN) üçün Kvinslenddədir.
Azinformasiya.az