Atəşkəsi qəbul etmirik, lakin müharibəyə birdəfəlik son qoymaq üçün ideya olsa, nəzərdən keçirərik.
Azinformasiya.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.
Onun sözlərinə əsasən, İranın dostları arasında bir çox ölkə sülhün bərqərar olmasında rol oynamağa hazırdır.
O, bunun üçün çalışan bütün dost ölkələrə təşəkkür edib, lakin atəşkəsi qəbul etmədiklərini bəyan edib.
XİN rəhbəri qeyd edib ki, deeskalasiya ilə bağlı hər hansı bir ideya mövcud olsa və bu ideya İranın şərtlərini təmin etsə, eləcə də bütün regionda müharibəyə birdəfəlik son qoyulsa və İrana dəymiş ziyan ödənilsə, mütləq bu ideyanı dinləyib nəzərdən keçirəcəklər.
Azinformasiya.az