Abbas Araqçi: “İran və AEBA ikitərəfli əməkdaşlıq üçün yeni çərçivələrin əldə olunmasına yaxınlaşıb”

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi Vyanada nüvə proqramı ilə bağlı keçirilən üçüncü texniki danışıqları pozitiv adlandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

O qeyd edib ki, İran və Atom Enerjisi qzrə Beynəlxalq Agentliyi ilə ikitərəfli əməkdaşlıq üçün yeni çərçivələrin əldə olunmasına yaxınlaşıb.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlıq iyun ayında İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran tərəfindən dayandırılmışdı.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir