Prezident Hidayət Orucovu geri çağırdı – Yeni təyinat

Prezident İlham Əliyev Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən geri çağırıb.

Azinformasiya.Az xəbər verir ki, sərəncama əsasən, Hidayət Xuduş oğlu Orucov Azərbaycanın Qırğız Respublikasındakı səfiri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, 77 yaşlı H. Orucov 2006- 2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib. 2012-ci ildən bəri isə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir