“Bir nəfər də işsiz olmamalıdır”

“İlk növbədə, məşğulluq üçün gərək planlı şəkildə iş görək, camaat buraya qayıdandan sonra iş də olsun. Bir nəfər də işsiz olmamalıdır”.

Azinformasiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayılda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə söhbəti zamanı deyib:

Anar Quliyev: Sənayeyə gəldikdə, düşünürük ki, tikinti materiallarının, qida məhsullarının, içkilərin istehsalı, toxuculuq, xalçaçılıq, metallurgiya, maşın avadanlıqlarının istehsalı və təmiri. Burada nəqliyyat sxemi təqdim olunub. Bayaq qeyd etdiyim kimi, bu yaşıl dəhlizlər boyu velosiped yolunun uzunluğu 18 kilometr təşkil edəcək. Piyada yolları üçün daha uzun məsafəli – 70 kilometrlik zolaq planlaşdırılır. Həm də yaşıl nəqliyyata çox böyük diqqət ayrılacaq.

Prezident: Elektriklə işləyən nəqliyyat.

Anar Quliyev: Bəli, elektriklə. Küçə, yol profilləri nümunələri göstərilib. Plan elə qurulub ki, hər bir hərəkət iştirakçısı – piyada da, avtomobil də, velosiped də bir-birinə maneə olmadan sərbəst hərəkət edə bilsin.

Prezident İlham Əliyev: Deməli, burada yaşıl nəqliyyatdan istifadə etməliyik.

Sakin: Mütləq.

Anar Quliyev: Ümumiyyətlə, Qarabağ ərazisində.

Prezident İlham Əliyev: Yaşıl məntəqələr, sonra avtobuslar.

Anar Quliyev: Bəli, elektromobillər, elektroavtobuslar. Ümumiyyətlə, Siz elan etdiyiniz kimi, bütün Qarabağ yaşıl enerji zonası olacaq.

Prezident İlham Əliyev: Bəli, yaşıl enerji zonası. Cəbrayıl və Zəngilan rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək. Özü də BP şirkətinin vəsaiti hesabına. Görün, maraq nə qədər böyükdür. Artıq təhlil aparılıb. Cəbrayıl, Zəngilan günəşli günlərin sayına görə ən qabaqdadır.

Anar Quliyev: Cənab Prezident, bu, təməli qoyduğumuz xəstəxanadır. Səhiyyə, sosial obyektlərdir, üstdəki üç şəkil xəstəxanadır. Rayon mərkəzi xəstəxanası 150 çarpayılıq olacaq. Aşağıdakı şəkillər təməli qoyulan ilk orta məktəbdir. Eyni zamanda, tarixi olan bir məktəbdir. Akademik Mehdi Mehdizadə adına məktəb əvvəllər də bu yerdə fəaliyyət göstərib. On bir hektarlıq ərazidə planlaşdırma işlərinə başlanılıb. Bu, təməli qoyulmuş ilk binanın yerləşdiyi məhəllənin görüntüsüdür. Binalar dörd, beşmərtəbəli, bəzi yerlərdə altımərtəbəli olacaq. Bacardığımız qədər çalışdıq ki, tarixi görkəmi qoruyaq, fərdi evlərdə, çoxmənzilli binalarda o eyvanları əsas götürək.

Cənab Prezident, şəhərin təməl daşını qoymağınızı xahiş etmək istəyirik.

Prezident İlham Əliyev: Bəli, birlikdə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir