Rusiyanın Vladivostok şəhərində terror aktının qarşısı alınıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti yayıb.
Məlumata əsasən, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları əldəqayırma partlayıcı qurğu vasitəsilə terror aktı törətməyə cəhd edən 2000-ci il təvəllüdlü yerli neo-nasist təşkilatının («Правые Приморья») liderini saxlayıb.
Bununla yanaşı, sözügedən şəxsin evində axtarış aparılarkən əldəqayırma bombanın hazırlanması və istifadə olunmasına dair təlimat, həmçinin dörd bıçaq aşkar edilib.
Qeyd olunur ki, bu, neo-nasistlər tərəfindən son günlər törədilməsi planlaşdırılan artıq ikinci belə haldır. Belə ki, sentyabrın 27-si Ufada qanunsuz qruplaşmanın 5 iştirakçısı saxlanılıb.