Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyitlər Cəbrayıl ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 677-yə çatıb.