“2021-ci ildə Ermənistanı artıq 110 min nəfər tərk edib”.
Azinformasiya.Az xəbər verir ki, bunu müxalif “Ermənistan” blokundan olan millət vəkili Vaqe Hakopyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistandan mühacirət kosmik göstəricilərə çatıb.
V.Hakopyan, həmçinin qeyd edib ki, Zəngəzur vilayətindən ciddi mühacirət başlayıb.
“Ən çox mühacirət məhz bu vilayətdən baş verir. Ermənistan hakimiyyəti kəndlərin boşalmasına səbəb olur. İnsanlar ümidsizlikdən yaşayış yerlərini tərk edirlər”, – deyə millət vəkili vurğulayıb.