“Bizim 5-lik və ya 6-lıq platforma dediyimiz məsələ var idi. Hazırda bununla bağlı Nikol Paşinyandan müsbət siqnallar gəlir”.
Azinformasiya.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bu müsbət siqnallarla yanaşı, bəzi addımlar atılacaq:
“Yəni, sülh nöqteyi-nəzərindən bölgəni önəmli bir mövqeyə gətirmək imkanımız olacaq. Ayın sonunda cənab Putinlə görüşümüzdə bu məsələlər də, təbii ki, gündəmdə yer alacaq. Beləliklə, Türkiyə-Rusiya münasibətlərində daha güclü, daha fərqli bir dönəmə qədəm qoyacağıq”.