“İğdırdan Azərbaycana yol çəkəcəyik”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda Azərbaycanda da intensiv işlər görülür:
“Misal üçün, cənab İlham Əliyev istədiyi vaxt, istədiyi kimi cənab Vladimir Putinlə görüşür, danışır. Çox qısa müddətdə əlaqələrimizi qurub, görüşlərimizi edə bilirik. Daha da önəmlisi, hazırda atdığımız birgə addımlarla İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun inşası çox mühüm addım olacaq”