Putin Lavrovla Şoyqunun məsələsinə nöqtə qoyacaq

Rusiya Prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasından Dövlət Dumasına seçkilərdə iştirak edən xarici işlər və müdafiə nazirləri Sergey Lavrovla Sergey Şoyqunun deputat mandatı alıb-almayacağına qərar verəcək.

Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı “RBK” yayıb. Bildirilir ki, Putin sözügedən partiyanın seçici siyahısında lider olan Lavrovla Şoyqu, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, “İstedad və uğur” fondunun sədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova ilə görüşmək niyyətindədir.

“RBK” Kremlə yaxın mənbələrinə istinadən yazır ki, görüşün sentyabrın 27-si keçirilməsi planlaşdırılır. Gözləntilərə əsasən, məhz bu zaman bu beşlikdən kimin deputat mandatı qazanacağı məsələsinə nöqtə qoyulacaq.

Bununla yanaşı, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün həqiqətən də keçiriləcəyini təsdiq edib.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 17-dən 19-na kimi üç gün ərzində keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdən sonra Dövlət Dumasında deputat mandatlarının bölünməsi barədə informasiya yayıb. Məlumata görə, hakim “Vahid Rusiya” Partiyası 324, Kommunist Partiyası 57, “Ədalətli Rusiya” 27, Liberal-Demokrat Partiyası 21, “Yeni insanlar” Partiyası 13 mandat əldə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir