“Ermənistan Türkiyə ilə yüksək səviyyədə dialoqa başlamağa hazırdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Qevorkyan deyib.
“İrəvan və Ankaranın rəsmi şəxsləri ilə effektiv müqavilələr başlasa, Ermənistan Türkiyə ilə yüksək səviyyədə dialoqa başlamağa hazırdır”, – deyə Mane Qevorkyan bildirib.
Onun sözlərinə görə, Paşinyan parlamentin bu yaxınlarda baş tutan sessiyası zamanı Türkiyə ilə danışıqların başlaması ilə əlaqədar öz fikrini səsləndirib. O bu zaman qeyd etmişdi ki, yüksək səviyyəli əlaqələrdən əvvəl işçi müzakirələr aparılmalıdır.
“Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında belə təmaslar hələ olmayıb. Buna baxmayaraq, Ermənistanın Nazirlər Kabineti bu cür təmaslara hazırdır. Belə effektiv işlər olarsa, Ermənistan yüksək səviyyəli görüşlərə də hazır olacaq”, – deyə M. Qevorkyan qeyd edib.