Fransa və Ermənistan XİN arasında Qarabağ müzakirəsi

Ermənistan və Fransanın xarici işlər nazirləri Ararat Mirzoyanla Jan-iv lö Drian arasında telefon danışığı olub.

Azinformasiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, nazirlər söhbət zamanı Qarabağ məsələsini də müzakirə ediblər.

Məlumata əsasən, hər iki nazir, həmçinin Fransa və Ermənistan arasında iqtisadi əlaqələr barədə də fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir