Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.
Bu barədə Azinformasiya.Az-a sənətçinin bacısı Səidə Əliyeva bildirib.
Onun sözlərinə görə, S.Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb.
***
S. Əliyeva daha sonra “Qafqazinfo” ilə əlaqə saxlayaraq, Səyyad Əlizadənin ECMO cihazına qoşulmadığını bildirib.
Xatırladaq ki, ötən gün bacısı köməklik göstərilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi. Daha sonra S. Əlizadə Zığda yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.