Gəncə şəhərində yerləşən istintaq təcridxanasında dustaq intihara cəhd edib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 15-i saat 15 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında baş verib.
Sabiq baş nazirin qohumu “Auto Azərbaycan”ın 810 minlik malına görə rüşvət alıb
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə təqsirləndirilən Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Şirinov Elvin Aydın oğlu təcridxananın sanitar qovşağında intihar məqsədilə ülgüclə boğazını kəsib.
E.Şirinov Gəncə Beynəlxalq xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.