Dini Komitənin Aparat rəhbəri koronavirusdan vəfat etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, 1955-ci il təvəllüdlü Alim Süleymanov bu gün xəstəxanada dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo”ya komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva məlumat verib.

Onun sözlərinə görə, A. Süleymanov bir müddət idi ki, koronavirusa yoluxmuşdu: “Buna görə də xəstəxanada müalicə alırdı. Bu gün isə orada vəfat edib”.

Y. Əliyeva, həmçinin qeyd edib ki, mərhum Aparat rəhbəri hər iki doza peyvənd qəbul etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir