Xocavənd rayonunun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.
DİN-in mətbuat xidmətindən Azinformasiya.Az-a verilən məlumata görə, həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.
Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.