ANAMA əməkdaşı minaya düşdü – Yenilənib

ANAMA-nın əməkdaşı minaya düşüb.

Azinformasiya.Az-ın Trend-ə istinadən xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Uzun Dərə adlı ərazisində baş verib.

Ağdama çəkiləcək yeni yolu minalardan təmizləyən Fərid Əliyev adlı minatəmizləyən aldığı müxtəlif yaralarla xəstəxanaya aparılır.

***

Ağdam rayon prokurorluğu hadisə ilə bağlı rəsmi məlumat yayıb:

Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir