Ermənistanın Baş Qərargah rəisi: “Atəşkəsə razılıq verməsəydik, vəziyyət daha acınacaqlı olacaqdı”

“Ermənistan həmin hadisələrdən (Aprel döyüşlərindən – red.) lazımi dərsləri çıxardı. Əks halda, növbəti, 44 günlük müharibənin tam fərqli yekunu və fərqli müddəti olardı”.

Azinformasiya.Az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılıq verməsəydi vəziyyət daha acınacaqlı ola bilərdi: “Əlbəttə, ilk növbədə Qarabağı bütövlükdə itirərdik. İkincisi, biz bu döyüşləri 15-20 gündən sonra dayandırmalı idik”.

Artak Davtyan deyib ki, apreldəki 4 günlük hərbi əməliyyatlar müharibə adlana bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir