Türkiyənin XİN başçısının Azərbaycana səfəri başlayıb

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

“AZİNFORMASİYA.AZ” xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

10.08

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlir.

“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

M.Çavuşoğlunun təyyarəsi artıq Bakıya yola düşüb.

Məlumata görə, o, Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək.

Görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı son vəziyyət müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir