Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə “Anadolu atəşi” ansamblının ifasında müxtəlif rəqslər təqdim olunub.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir