Lavrov: Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə, cavab qısa olacaq

Rusiya Avropa ilə silahlı qarşıdurma planlaşdırmır.

 

Azinformasiya.az  RT-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.

“Prezident Vladimir Putin son vaxtlar dəfələrlə bəyan edib ki, biz Avropa ilə hər hansı müharibə istəmirik və belə bir müharibə planlaşdırmırıq”, – Lavrov qeyd edib.

Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Avropa ilə müharibənin baş verəcəyi halda onun fərqli xarakter daşıyacağını və çox qısa müddətdə başa çatacağını bildirib.

“Əgər müharibə olacaqsa, bu, başqa cür və çox qısa olacaq”, – Lavrov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir