Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan–Türkiyə əlaqələrinin gündəliyində duran məsələlər, TDT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçirilib. Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir