Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş olub.
Azinformasiya.az xəbər verir ki, Putin-Uitkoff danışıqları Sankt-Peterburqda Konstantinov sarayında keçirilir.
Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov danışıqlarda əsas mövzunun Ukrayna münaqişəsi olacağını bildirib.
Qeyd edək ki, Uitkoff Rusiyaya səfərindən əvvəl Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
Uitkoffla görüşdə Putin Trampa Ukraynadakı nizamlanma məsələsinə göstərdiyi diqqətə görə təşəkkür edib.
O, eyni zamanda Norveçdəki danışıqların nəticələri ilə maraqlanıb.
Putin qeyd edib ki, son söhbətlərində Tramp insan itkisinin qarşısını almaq üçün Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb.
Rusiya prezidenti ABŞ ilə iqtisadi əməkdaşlığın bərpasında maraqlı olduğunu bildirib.
Azinformasiya.az