Zelenski: Seçkilər üçün təhlükəsiz şərait yaradılmalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin keçirilməsi üçün təhlükəsiz şəraitin yaradılmasının vacib olduğunu bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Zelenski bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Zelenskinin sözlərinə əsasən, hazırda əsas məsələ müharibəni başa çatdırmaq və normal həyata qayıtmaqdır. O qeyd edib ki, seçkilər vaxtı gəldikdə keçirilməlidir və cəbhədə olan hərbçilər, xaricdə yaşayan ukraynalılar və ölkə daxilindəki vətəndaşlar səsvermədə iştirak edə bilməlidirlər.

Ukrayna Prezidenti dron və raket hücumları davam etdiyi halda demokratik seçkilərin keçirilməsini mümkün hesab etmədiyini vurğulayıb.

Ukrayna lideri Volodimir Zelenski ABŞ-a müraciət edərək, Rusiya Prezidenti Vladimir Putini dayandırmaq mümkün deyilsə, Ukraynaya enerji infrastrukturunu qorumaq üçün raket əleyhinə müdafiə sistemlərinin verilməsini istəyib.

“Əgər onlar bizə zərbələr endirirlərsə, biz onlara cavab verə bilmiriksə, bu, dürüst və ədalətli deyil. Lakin bu, sizin üçün vacibdirsə və siz Putini sakitləşdirə bilmirsinizsə, onda bizə raket əleyhinə müdafiə sistemləri verin ki, mən enerji infrastrukturunu qoruya bilim. Putini dayandıra bilmədiniz – Ukraynaya kömək edin”, – Zelenski bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir