Bakının Xətai rayonunda qətl hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində baş verib. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb.
Q.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qüdrət Mahmudov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Azinformasiya.az