Almaniya kansleri Fridrix Merts əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Səfərin əsas məqsədi Ukraynaya Rusiya ilə müharibə fonunda yeni hərbi və enerji yardımının göstərilməsidir.
Azinformasiya.az UNIAN-a istinadən xəbər verir ki, yeni yardım paketində əsas diqqət pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün nəzərdə tutulan minlərlə dron-tutucuya və uzaqmənzilli silahlara yönəldiləcək.
“Rusiya müharibəni dayandırılmasa, onun hərbi maşını gec-tez bizə qarşı çevriləcək”, – Merts Kiyevə çatdıqdan sonra bildirib.
DPA-nın məlumatına əsasən, Almaniya yaxın zamanda Ukrayna Silahlı Qüvvələrinə Rusiya dronlarına qarşı istifadə üçün minlərlə dron-tutucu göndərməyi planlaşdırır. Həmçinin Rusiya qoşunlarının arxa cəbhədəki təchizat xətlərini vurmaq imkanına malik uzaqmənzilli silahların istehsalının artırılması nəzərdə tutulur.
Bu məqsədlərə artıq təsdiqlənmiş büdcə vəsaitindən ümumilikdə 1 milyard avro ayrılması planlaşdırılır. Bundan əlavə, dağıdılmış elektrik stansiyalarının təmiri və bərpasına əlavə 350 milyon avro yönəldiləcək.
Azinformasiya.az