Gəncədə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində baş verib.
“VAZ” və “Mercedec” markalı minik avtomobilləri toqquşub. Daha sonra “VAZ” idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb.
Azinformasiya.az