Paşinyan: Erməni kilsəsi “işğal edilib”, araşdırma komissiyası yaradılmalıdır

Erməni apostol kilsəsi “işğal edilib”.

 

Azinformasiya.az  Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan bu gün brifinqdə bildirib.

O, dindarların kilsənin rəhbərliyindən kənarlaşdırıldığını qeyd edib.

“Kilsə nə Katolikosdur, nə də yepiskopdur. Kilsə mömin bir xalqdır. Mömin xalq isə kilsənin rəhbərliyindən xaric edilib”, – Paşinyan vurğulayıb.

O,eyni zamanda kilsə ilə bağlı araşdırma komissiyasının yaradılmasını təklif edib. Paşinyanın sözlərinə əsasən, komissiyanın işinin nəticələrinə əsasən, müvafiq qanunvericilik təşəbbüsləri qəbul edilməli və kilsənin “işğalı” dayandırılmalıdır.

Paşinyan həmçinin bildirib ki, icma keşiş seçiminə həlledici təsir göstərməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir