Kreml Kalininqradın blokadaya alınacağı halda, Avropanı nüvə silahı ilə hədələyib

Kalininqradın blokadasına Rusiyanın nüvə cavabı normativ sənədlərdə qeyd olunub.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Kalininqradın blokadaya alınacağı təqdirdə, rəsmi Moskvanın nüvə silahı ilə cavab verəcəyi Rusiyanın normativ sənədlərində əksini tapıb.

“Polşadan və digər Avropa ölkələrindən Kalininqrad məsələsinə də toxunan çoxsaylı açıqlamalar eşitmişik, bəziləri olduqca azğın bəyanatlardır. Buna görə də diplomatlarımızın Avropadakı qızğın başlara bu məsələ ilə bağlı sənədlərimizi xatırlatmağa çalışması tamamilə təbiidir”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, son üç gün ərzində Belçika, Böyük Britaniya və İrlandiyadakı Rusiya səfirlikləri Moskvanın NATO-nu Kalininqradı blokadaya alacağı halda, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə davamlı olaraq xəbərdar ediblər.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir