Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərin biri idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə 1999-cu il təvəllüdlü S.Yusifov, 1998-ci ltəvəllüdlü F.Niftəliyev və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az