Şərurda maşın aşıb, ata və oğul xəsarət alıb

Şərurda yol-nəqliyyat hafisəsi olub, xəsarət alanlar var.

 

Azinformasiya.az  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Axura kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Abbasov Cəfər İsa oğlu və 1990-cı il təvəllüdlü Abbasov Nuran Cəfər oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir